PHP-də dəyişənlər. Integer (tam ədədlər)

Riyaziyyat kursundan məlumadur ki, tam ədədlər dedikdə natural ədədlər, onların əksi və sıfır (0) birlikdə olan çoxluq nəzərdə tutulur. PHP dilində də digər proqramlaşdırma dillərində olduğu kimi Integer anlayışı elə riyaziyyatdakı tam ədəd anlayışı ilə eynidir. Lakin əməliyyat sisteminin neçə bit əsaslı olmasından asılı olaraq onun yuxarı və aşağı sərhədləri müəyyən olunur. 32-bit variantlı ƏS-də tam ədəd -2 147 483 648-dən 2 147 483 647-ə qədər qiymət ala bilər. 64-bit variantlı ƏS-də isə tam ədəd -9 223 372 036 854 775 807-dən  9 223 372 036 854 775 807 kimi qiymət ala bilər. PHP-də tam ədədin maksimal dəyərini əvvəlcədən təyin edilmiş PHP_INT_MAX sabitinə müraciət etməklə ayırd etmək olar.

<?php
  echo PHP_INT_MAX; // 9223372036854775807
?>

PHP7 və ondan sonrakı versiyalarda, Integerin həmçinin ən aşağı sərhəddini göstərən PHP_INT_MIN sabiti də daxil edilmişdir.

Alternativ kimi PHP_INT_SIZE sabitindən istifadə etmək olar. Bu sabitin qiyməti tam ədədlər üçün yaddaşdan neçə bayt ayrıldığını göstərir. 32-bit ƏS-də bu sabit 4 qiymətini alır. 4 baytın hərəsinə 8 bit olduğunu nəzərə alsaq məhz 32 bit edir və bunu da 32 bit əsaslı prosessorlarda emal etmək rahatdır. 64 bit əsaslı versiyalarda PHP-in bu sabitinin qiyməti 8-dir.

Tam ədəd göstərilən diapazondan kənara çıxarsa avtomatik double tipli ədədə çevrilir.

One thought on “PHP-də dəyişənlər. Integer (tam ədədlər)”

Leave a Reply