Veb səhifənin yolu

URL-in protokol, host adıport nömrəsindən sonra gələn hissəsi Veb səhifənin yolu adlanır (məsələn /path/to/document.html). Əvvəllərdə qeyd edildiyi kimi əslində həmən səhifənin həqiqətən də mövcud olması vacib deyil. Hal-hazırda səhifələrin serverin fayl sistemində  HTML fayl formasında mövcud olmaması, “iş zamanı” yaradılması geniş yayılmış və adi halda çevrilmişdir. Məsələn, xəbər saytı Y ilinin M ayının N günüdəki xəbərləri göstərmək məqsədilə /Y/M/N.html formasında virtual yoldan istifadə edə bilər. Beləliklə də istifadəçi brauzerin adres yerində məsələn, http://xeber_sayti/2017/10/03.html yazaraq 3 oktyabr 2017-ci ilin xəbərlərini oxuya bilər. Əslində isə serverdə fiziki olaraq 03.html faylı mövcud deyil, ona yalnız virtual yol mövcuddur. Səhifənin generasiyasını isə serverdəki proqram təminatı yerinə yetirir.

Virtual yolun emal edilməsinin başqa üsulu da mövcuddur. Bu zaman sorğu edilən fayllar statik obyektlər olur və serverdə tam fərqli yerdə yerləşdirilmiş olurlar. Proqram təminatı nöqteyi nəzərindən sənədin yeri əvvəldən server administratorunun müəyyən etdiyi hansısa əsas kataloqdan sonra nisbi hesablanır. Praktiki olaraq bütün server proqramları faylın fiziki yerləşdiyi yerə alias yaratmağa imkan verir. Məsələn, əgər biz http://site.com/cgi-bin/anyname yazırıqsa deməli hər hansı cgi-bin kataloqu mövcud olmalıdır, ancaq bu sadəcə hansısa digər kataloqa yönələn aliasın adı da ola bilər.

Qəbul edilmişdir ki, URL-də HTML sonluğu Veb səhifələrin sonluğudur. HTML özlüyündə mətn, şəkil, link-keçidlərin və s. forma və yerini göstərmək üçün istifadə edilən dildir. HTML-dan başqa tez-tez GIF, JPG – şəkillər, PHP, PY – skriptlər üçün və s. kimi digər sonluqlar da istifadə edilir. Ümumilikdə, serveri elə sazlamaq mümkündür ki, o, istənilən sonluqla müraciəti email edə bilsin. Məsələn, serveri elə konfiqurasiya etmək olar ki, server HTM sonluğu da HTML fayl kimi emal etsin.

Bundan əlavə, belə qeyd etmək mümkündür ki, brauzerin düzgün işləməsi üçün əslində sorğu edilən obyektin adının hansı sonluqla bitməsinin heç bir fərqi yoxdur. O, görüntünü Veb-serverdən qaytarılan nəticə əsasında formalaşdırır.

Leave a Reply