Telnet vasitəsilə brauzerin emulyasiya edilməsi

Qeyd etmək lazımdır ki, brauzer sorğu göndərən zaman özünü telnet vasitəsilə başlıqları əllə – mətn rejimidə daxil edən istifadəçi kimi aparır. Yəni, məsələn, brauzerdə http://example.com yığmaq əvəzinə əməliyyat sisteminin əmrlər sətrində (command-line) aşağıdakı əmrləri yazıb uyğun <Enter> düyməsini vurun:

telnet example.com 80<Enter>
GET /index.html HTTP/1.0<Enter>
Host: example.com<Enter>
<Enter>

Sonuncu <Enter> düyməsini vurandan sonra qarşınızda index.html HTML-səhifəsinin kodlarının görsəndiyini görəcəksiniz. Məsləhətdir ki, göstərilən proseduru həqiqətən də yerinə yetirəsiniz. Bu, sizi HTTP protokolu haqqında fikirlər səslənəndə elə də mürəkkəb olmayan anlayış haqqında danışıldığına əmin edəcək. Göründüyü kimi, hər şey əslində təsəvvür edilən qədər mürəkkəb deyil.

İndi serverin necə işlədiyinə baxaq. Hər şey növbəti ardıcıllıqla baş verir: server sorğunun başlıqlarını oxuyur və \n\n simvolunu gözləyir. Bu simvolu qəbul edən kimi server ona nə göndərildiyini aydınlaşdırmağa və uyğun əməliyyatları yerinə yetirməyə başlayır.

Başlıqların köməyi ilə kodlaşdırmanın, cookies, POST metodunun  yoxlanması və s. kimi mexanizmlər yerinə yetirilir. Əgər server hər hansı başlığı başa düşmürsə onu ya nəzərə almır ya da istifadəçiyə bu barədə məlumat göndərir (bu, administratorun serveri necə konfiqurasiya etməsindən asılıdır).

Gündəlik iş zamanı belə məsələdə demək olar ki, telnet-dən heç vaxt istifadə edilmir, çünki bu üsul telnet vasitəsilə detallı şəkildə çox məlumatın daxil edilməsini tələb edir. Sistem administratoru və Veb-proqramçıların çoxu bundan daha rahat curl funksional utilitindən istifadə edir:

curl: example.com 80

One thought on “Telnet vasitəsilə brauzerin emulyasiya edilməsi”

Leave a Reply