Şəbəkə demonu (və ya servis, xidmət) serverdə işləyən, ona qoşulub müxtəlif sorğular edən istifadəçilərin müraciətlərini emal edən proqramdır.
“Şəbəkə demonu” termin kimi UNIX sistemi terminalogiyasına uyğun demon anlayışı əsasənda formalaşmış anlayışdır. Bu sistemdə demon dedikdə qurğunun daxilində fon rejimində daim işləyən proqram nəzərdə tutulur. Demonun terminalla (ekran və klaviatura) heç bir əlaqəsi yoxdur. Buna görə də demon istifadəçidən birbaşa məlumatlar əldə etmək və ya onu ekranda göstərmək imkanına malik deyil. Məhz bu imkanlarının olmamasına görə ona demon – İngilis dilində “daemon” – deyilir. İşləmə üsuluna görə demona Azərbaycan dilində “Gözlədici proqram” da deyilir.
Şəbəkə demonu isə məhz istifadəçinin müraciəti zamanı onun sorğusunu emal edən proqramdır. Şəbəkə demonuna tipik misal olaraq Veb-serveri göstərmək olar. FTP və telnet də bunlara aiddir.
One thought on “Şəbəkə demonu, servis”