PHP 7 PHP proqramlaşdırma dilinin əsas versiyalarından biridir və mobil və digər qurğular, o cümlədən paylanmış (cloude) texnologiyalar üçün veb proqramlaşdırma sahəsində inqilab edə biləcək versiya kimi təqdim edilir. Bu versiya PHP-in 2004-cü ildə istifadəyə verilmiş PHP 5 versiyasından sonrakı ən əsas yenilənmiş versiyasıdır.
PHP7-də olan yeniliklərdən aşağıdakıları qeyd etmək olar:
- yeni
<=>və??operatorları - proqramda baş verəcək səhvlərin kəsilmələr vasitəsilə emal edilməsi, mövcud
Exceptionklasından başqa PHP-də standart səhfləri emal etməyə imkan verən yeniErrorklası daxil edilib. - anonim klaslar
- funksiyaların ötürülən arqument və qaytardığı dəyərlərinin tiplərinin elan edilməsi imkanı
- UTF-8 simvolların dəstəklənməsi üçün xüsusi
u{00FF}sintaksisi - massiv-sabitlər
ArrayAccesinterfeysinə uyğunlaşan obyektlərləlistkonstruksiyasına icazə verilirUTF-8simvolları dəstəkləmək üçünIntlCharklası müəyyən edilibGeneratorklasınareturnaçar sözü vasitəsilə qaytarılan dəyərini əldə etməyə imkan verəngetReturn()metodu əlavə edilibyield fromaçar sözləri vasitəsilə generatorların ötürülməsi- requlyar Perl-ifadələrlə işləyən
preg_ replace_ callback_ array()funksiyası əlavə edilib - yeni
random_int()vərandom_bytes()funksiyaları - sessiyanın parametrlərini
session_start()funksiyasının vacib olmayan arqumenti vasitəsilə ötürmək olur
Yeniliklərlə birlikdə köhnəlmiş konstruksiyaların bir hissəsi də PHP-dən ümumiyyətlə ləğv edilib. Onlardan aşağıdakıları göstərmək olar:
<?phpvə?>teqləri əvəzinə istifadə edilə bilinən<%və%>, həmçininvə- requlyar POSIX-ifadələr (eregi-funksiyalar), onların yerinə requlyar Perl-ifadələr istifadə etmək məsləhət görülür
mysqlmodulu, onun əvəzinə obyekt yönümlümysqlimodulu və ya bundan daha çox məsləhət görülənPDO-dan istifadə etmək lazımdır- adı klasın adı ilə eyni olan metod formasında PHP 4-ə uyğun konstruktordan istifadə etmək qadağandır