PHP 7 nədir

PHP 7 PHP proqramlaşdırma dilinin əsas versiyalarından biridir və mobil və digər qurğular, o cümlədən paylanmış (cloude) texnologiyalar üçün veb proqramlaşdırma sahəsində inqilab edə biləcək versiya kimi təqdim edilir. Bu versiya PHP-in 2004-cü ildə istifadəyə verilmiş PHP 5 versiyasından sonrakı ən əsas yenilənmiş versiyasıdır.

PHP7-də olan yeniliklərdən aşağıdakıları qeyd etmək olar:

  • yeni <=>?? operatorları
  • proqramda baş verəcək səhvlərin kəsilmələr vasitəsilə emal edilməsi, mövcud Exception klasından başqa PHP-də standart səhfləri emal etməyə imkan verən yeni Error klası daxil edilib.
  • anonim klaslar
  • funksiyaların ötürülən arqument və qaytardığı dəyərlərinin tiplərinin elan edilməsi imkanı
  • UTF-8 simvolların dəstəklənməsi üçün xüsusi u{00FF} sintaksisi
  • massiv-sabitlər
  • ArrayAcces interfeysinə uyğunlaşan obyektlərlə list konstruksiyasına icazə verilir
  • UTF-8 simvolları dəstəkləmək üçün IntlChar klası müəyyən edilib
  • Generator klasına return açar sözü vasitəsilə qaytarılan dəyərini əldə etməyə imkan verən  getReturn() metodu əlavə edilib
  • yield from açar sözləri vasitəsilə generatorların ötürülməsi
  • requlyar Perl-ifadələrlə işləyən preg_ replace_ callback_ array()  funksiyası əlavə edilib
  • yeni random_int() və  random_bytes() funksiyaları
  • sessiyanın parametrlərini session_start() funksiyasının vacib olmayan arqumenti vasitəsilə ötürmək olur

Yeniliklərlə birlikdə köhnəlmiş konstruksiyaların bir hissəsi də PHP-dən ümumiyyətlə ləğv edilib. Onlardan aşağıdakıları göstərmək olar:

  • <?php və  ?> teqləri əvəzinə istifadə edilə bilinən <%%>, həmçinin 
  • requlyar POSIX-ifadələr (eregi-funksiyalar), onların yerinə requlyar Perl-ifadələr istifadə etmək məsləhət görülür
  • mysql modulu, onun əvəzinə obyekt yönümlü mysqli modulu və ya bundan daha çox məsləhət görülən PDO-dan istifadə etmək lazımdır
  • adı klasın adı ilə eyni olan metod formasında PHP 4-ə uyğun konstruktordan istifadə etmək qadağandır

Leave a Reply