Boolean, bul tipi dedikdə informatikada dəyişənlərinin iki mümkün dəyərdən – doğru (true) və yalan (false) – birini qəbul edə bilən primitiv tipi nəzərdə tutulur. Bu tipli dəyilşənlərə həmçinin bul dəyişənləri deylir. Ümumiyyətlə istənilən sıfır olmayan ədəd və ya boş olmayan sətir, həmçinin true
açar sözü məntiqi doğru – true kimi qəbul edilir. Əksinə, sıfır rəqəmi, boş sətir mənimsədilmiş dəyişən və false
açar sözü məntiqi yalan – false kimi qəbul edilir. Beləliklə, istənilən boş olmayan, sıfırla nəticələnməyən ifadələr, xüsusi halda dəyişənin qiyməti məntiqi doğru qəbul edilir. PHP-də true
və false
sabitləri mövcuddur və onlardan məntiqi ifadələrdə proqramın məntiqindən asılı olaraq istifadə etmək mümkündür.
Bul dəyişənlər üzərində riyazi əməliyyatlar zamanı onlar adi integer dəyişənlərə çevrilir. Daha dəqiq desək, false
0 kimi, true
1 kimi qəbul edilir. Ancaq, belə vəziyyətdə maraqlı bir halla da qarşılaşmaq olar. Növbəti mövzularda araşdıracağımız, dəyişənin dəyərini vahid qədər artırıb, azaldan ++
və --
operatorları bul dəyişənləri ilə gözlənilən nəticəni vermir, işləmir.
<?php // məntiq dəyişəni üzərində inkrement və dekrement $bool_var = true; echo "bool_var: $bool_var<br/>" $bool_var++; echo "bool_var: $bool_var<br/>" ?>
Bu proqramın nəticəsi iki dəfə 1 rəqəmini çap edir və göründüyü kimi, ++
operatoru bu halda “işləmir”.