Virtual host

Virtual host şəbəkədə unikal IP ünvanına malik olmayan, ona xüsusi adres məsələn, DNS adı vasitəsilə qoşulması mümkün olan hostdur.

HTTP protokol geniş yayıldığına görə hal-hazırda virtual hostların sayı dayanmadan artmaqdadır. Veb-brauzer nöqteyi nəzərindən, daha doğrusu bu brauzerlərlə işləyən istifadəçilərin nöqteyi nəzərindən virtual host adi host kimidir, ancaq onlara birbaşa IP adres vasitəsilə müraciət etmək mümkün deyil.

Virtual host anlayışı təkcə Veb servis anlayışı ilə məhtudlaşmır. Bir çox digər servislərin daxilində də özünə uyğun Veb və HTTP protokolla əlaqəsi olmayan virtual host anlayışı var. SMTP (Send Mail Transfer Protocol – məktubların ötürülməsi protokolu) servisinin serveri olan sendmail daxilində də həmçinin virtual host anlayışından istifadə edilir. Bu halda “virtual host” anlayışı server işə salınmış əsas hostun sinonimidir. Məsələn, əgər syn.com microsoft.com-un sinonimidirsə my@syn.com əslində elə my@microsoft.com ilə eyni mənaya gəlir. Bu halda da qeyd etmək lazımdır ki, virtual host ayrıca IP adresə malik olmur.

Leave a Reply