Assosiativ massiv, elementləri açar=>qiymət cütlüyü şəklində olan bir neçə elementdən ibarət çoxluqdur. Digər proqramlaşdırma dillərində ona həm də heş deyilir, ancaq bu anlayış PHP-yə heç uyğun deyil. =>
işarəsi açar sözün təyin edilmiş qiymətə uyğunluğunu göstərmək üçün istifadə edilir. Massivin hər elementinə müraciət onun açar sözünün göstərməklə edilir. C dilindən fəqrli olaraq burda arrayın açar sözləri kimi təkcə tam ədədlər yox istənilən sətir tipli dəyişənlər ola bilər. Məsələn, aşağıda yazılanlar PHP üçün normaldır:
<?php // "0", "surname" və "name" açarlı massiv yaradır $a = array( 0 => "Boş sətir", "name" => "Tom", "surname" => "Hanks", ); // "Hanks" çap edir echo $a["surname"]; //element yaradır və ona qiymətini mənimsədir $a["1"] => "Birinci element"; // mövcud elemntə yeni qiymət mənimsədir $a["name"] = "Jack"; ?>
İrəli gedərək qeyd edə bilərik ki, massivlər array()
və ya []
konstruksiyası ilə yaradılır.
One thought on “PHP-də dəyişənlər. Array (assosiativ massiv)”