HTML səhifə

HTML səhifə – İnternetdə ünvanlı, Veb-serverə müraciətlə əldə edilmiş, World Wide Web servisinin brauzerdə təsfir edilə bilinən yazı (mətn) məlumat vahididir. Buna çox hallarda Veb səhifə də deyilir. Bəzən, səhifə ayrıca HTML fayl kimi də ola bilir, ancaq son vaxtlar bu kimi səhifələrin sayı getdikcə azalır. Çox vaxt HTML səhifələr “iş zamanı” hər hansı proqram tərəfindən dinamik olaraq generasiya edilir və həmən andaca istifadəçiyə ötürülür. HTML səhifə adi mənada HTML fayl kimi olmaya da bilər. Buna istifadəçi özü mətn yerləşdirə bilən rəy, kommentariya sistemini misal göstərmək olar.

Adətən, sadə HTML faylın oxunması ilə əldə edilən səhifələr statik veb səhifələr adlanır. Proqramın işə salınması ilə əldə edilən səhifələr isə dinamik veb səhifələr adlanır.

HTML dili (Hypertext Markup Language) səhifəyə digər səhifələrə link – keçidlər yerləşdirməyə imkan verir. İstifadəçi bu linklərin uyğun sahəsinə mausla klik edərək bu və ya digər sənədə keçid etmiş olur.

 

Sayt

Sayt və ya veb-sayt İnternetdə unikal adresə malik, hostda yerləşdirilmiş, bir və ya bir neçə HTML səhifələrdən ibarət məntiqi bölmədir. Bir hostda eyni anda məsələn, fərqli kateqoriyalarda bir neçə sayt yerləşdirilə bilər. Buna görə də sayt termininin mənası şərtidir və müəyyən məntiqlə qruplaşdırılmış səhifələr toplusu anlamında istifadə edilir. Saytlara daxil olmaq HTTP protokolu ilə olduğu üçün onlara həm də Veb-sayt deyilir.

Server

Server – məlumat mübadiləsi zamanı digər qurğulara özündən “vasitəçi” kimi istifadə etməyə icazə verən xüsusi ayrılmış şəbəkə – İnternetə qoşulmuş ixtiyari kompüterdir.

İstifadəçi qurğular, həmçinin serverlər bir birini IP adresə görə müəyyən edirlər. Serverlərin bəzilərində müəyyən məlumatlar saxlanılır. Bu məlumatlar kənardan müdaxilə, istifadə üçün açıq və ya bağlı ola bilər. Server şəbəkənin məntiqə aid hissəsi deyil və şəbəkədə məhz aparat, qurğu rolunu oynayır. Onun bir neçə fərqli IP adresi, domen adı ola bilər. Buna görə də İnternetdən bir server bir neçə asılı olmayan sistem kimi görsənə bilər.

Yuxarıda qeyd edildi ki, server fiziki qurğudur. Ancaq “server” termininin digər, tam fərqli mənası da var. Bu, istifadəçilərin müraciətlərini emal edən proqramdır. Teminologiyada buna TCP proses deyilir. Məsələn, WWW istifadəçilərinin müraciətlərini email edən proqram Web-server adlanır. Bu, həm də “servis”, “demon” anlayışına da uyğundur.

Hər hansı mövzuda server haqqında danışılanda, adətən mövzudan dəqiq nəyin nəzərdə tutulduğu aydın olur.